Pekin: Tayvanın müstəqilliyi müharibəyə gətirib çıxarır

Çin “Tayvanın müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətlərə yer buraxmayacaq.

Bunu Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binhua deyib.

“Vurğulamaq istəyirəm ki, “Tayvanın müstəqilliyi” müharibə deməkdir”, – Binhua qeyd edib.

Onun sözlərinə görə, Çin separatçılar risk almağa və “Tayvanın müstəqilliyini” təşviq edən hadisələri təhrik etməyə cəsarət etsələr, onlara dözməyəcək və onlara yumşaqlıq göstərməyəcək.

Mövsüm

Aznews.az