- Dünyanın halı
- 2 Dekabr 2023 15:12
- 3 463
ABŞ Litvaya PUA verəcək

Litva ABŞ-dən yeni PUA-lar alacaq.
“Aznews.az” TASS-a istinadən xəbər verir ki, Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, Switchblade 600 PUA-ları 2024-cü ildə veriləcək.
Onun sözlərinə görə, müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.
“Biz ABŞ-dən sonra yeni PUA-larla təmin olunacaq ilk ölkəyik. Bu bizim imkanlarımızı genişləndirəcək”, - o deyib.