Böyük Britaniya münaqişə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Böyük Britaniya hakimiyyəti Ukraynada münaqişə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

Bu barədə ölkənin biznes və ticarət nazirinin müavini Nüsrət Qani məlumat verib.

“Sanksiyalar münaqişə bitəndə də tətbiq olunacaq. Münaqişənin bitdiyi gün onlar ləğv edilməyəcək”, - deyə Qani Londonda Siyasət Mübadiləsi analitik mərkəzində danışıb.

Nazir müavini vurğulayıb ki, bu qərarın əsası Böyük Britaniyanın münaqişədən dərhal sonra “Rusiyanın hərbi potensialının bərpasına icazə verə bilməməsidir”.

Mövsüm

Aznews.az