İsrail Kolumbiya və Boliviyanın Braziliyaya dəstək bəyanatlarına mənfi yanaşır

İsrail Kolumbiya və Boliviya liderlərinin Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya dəstək bəyanatlarına mənfi yanaşır.

Bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant məlumat verib.

"Boliviya və Kolumbiya prezidentləri Braziliya prezidentinə qoşuldular, onların bəyanatları təhrik edicidir",-deyə Qalant qeyd edib.

Qalant bunu Kolumbiya prezidenti Qustavo Petro və onun boliviyalı həmkarı Luis Arce Katacora Braziliya ilə İsrail arasında diplomatik münaqişə ilə bağlı X-də (keçmiş Twitter) Lula da Silva ilə həmrəylik sözlərini yazdıqdan sonra deyib.

Mövsüm

Aznews.az