Mişel: Aİ ölkələri 2030-cu ilə qədər hərbi sifarişləri ikiqat artırmalıdır

Avropa İttifaqı (Aİ) ölkələri “sülh arzulayaraq müharibəyə hazırlaşmaq” üçün 2030-cu ilə qədər Avropa müdafiə sənayesindən silah və sursat sifarişlərini ikiqat artırmalıdır.

Avropa Şurasının rəhbəri Çarlz Mişel bu barədə "Euractiv" portalı üçün məqaləsində bildirib.

“Biz 2030-cu ilə qədər Avropa sənayesindən hərbi sifarişlərin həcmini iki dəfə artırmağı qarşımıza məqsəd qoymalıyıq. Bu, şirkətlərimizə daha çox proqnozlaşdırma imkanı verəcək”, - mesajda deyilir.

Mişel əlavə edib ki, çoxillik müqavilələr də silah istehsalının genişləndirilməsinə təkan verir. Eyni zamanda, müdafiə sənayesinə investisiyalar baha başa gəlir, lakin onlarsız hərbi istehsalı genişləndirmək mümkün deyil.

Mövsüm

Aznews.az