Moldova Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarıb

Moldova Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib.

Bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moldova Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsova Dnestryanı ərazisində Rusiya prezident seçkiləri üçün seçki məntəqələrinin açılması ilə bağlı etiraz edilib.

“Bu kontekstdə Rusiya Federasiyasının səfirinə səfirlik əməkdaşlarından birinin Moldova Respublikası ərazisində persona-non-qrata elan edildiyi və ölkəni tərk etməli olduğu barədə rəsmi məlumat verilib”, - XİN-in Teleqramdakı bəyanatında deyilir.

Mövsüm

Aznews.az