ABŞ Yəməndə husiləri növbəti dəfə hədəfə alıb

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 7 gəmi əleyhinə raketi, 3 pilotsuz uçuş aparatını (PUA) və 3 silah anbarını “özünümüdafiə çərçivəsində” məhv etdiyini bildirib.

Hücumlarla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media platforması X hesabında açıqlama verilib.

Bəyanatda bu müdaxilənin "naviqasiya azadlığını qorumaq" və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün "daha təhlükəsiz" etmək üçün edildiyi qeyd edilib.

Mövsüm

Aznews.az