Şimali Koreya lideri Kim artilleriya bölmələrinin təlimini yoxlayıb

Şimali Koreya lideri Kim Çen In nüvə silahı daşıya bilən çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə artilleriya bölmələrinin təlimini izləyib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kimin nəzarəti altında keçirilən təlim zamanı atılan ən azı 6 raketin görüntülərini paylaşıb.

Kim bildirib ki, təlim çərçivəsində istifadə edilən nüvə qabiliyyətinə malik çoxsaylı reaktiv yaylım atəşi sistemləri artilleriya bölmələrinin "döyüş qabiliyyətini" artıracaq.

Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Seulu “dağıdacaq” hərbi gücə sahib olduqlarını deyən Kim, müharibənin Şimali Koreyanın “düşmənləri” üçün fəlakətli nəticələri olacağı barədə xəbərdarlıq edib.

Digər tərəfdən Cənubi Koreya Baş Qərargahı tərəfindən edilən açıqlamada Şimali Koreyanın fotoşəkillərdə göstəriləndən daha çox atış həyata keçirdiyi qeyd edilib.

Mövsüm

Aznews.az