İndoneziyada Marapi vulkanı püskürüb

İndoneziyanın Qərbi Sumatra əyalətində Marapi vulkanı püskürüb.

Bu barədə İndoneziya Vulkanologiya Mərkəzinə istinadən Sinxua agentliyi məlumat yayıb.

Mütəxəssislərin fikrincə, püskürmə təxminən 54 saniyə davam edib və bu müddət ərzində vulkan 1,5 km hündürlüyə kül atıb.

Bununla əlaqədar olaraq yerli sakinlərə vulkandan 4,5 km aralıda olmaları tövsiyə edilib, həmçinin soyuq lavanın yaxınlıqdakı çaylara daxil olması təhlükəsi barədə xəbərdarlıq edilib.

Mövsüm

Aznews.az