Si Cinpin: Çinin elmi və texnoloji tərəqqisi qarşısıalınmazdır

Çinin elmi və texnoloji tərəqqisi qarşısıalınmazdır və onun xalqı bunun bəhrəsini görəcək.

Bu barədə Çin sədri Si Cinpin hazırda Çində iki günlük işgüzar səfərdə olan Niderlandın baş nazirinin səlahiyyətlərini icra edən Mark Rutte ilə görüşündə deyib.

"Çin xalqının da qanuni inkişaf hüquqları var və heç bir qüvvə Çinin elmi və texnoloji tərəqqi sürətini dayandıra bilməz", - deyə ölkənin Xarici İşlər Nazirliyi Si Cinpindən sitat gətirib.

O, əlavə edib ki, Çin digər ölkələrlə münasibətlərində qazan-qazan yanaşmasını davam etdirəcək, xarici dünyaya daha çox açılacaq və inkişafın faydalarını bütün tərəflərlə bölüşəcək.

O, qeyd edib ki, yeganə seçim açıqlıq və əməkdaşlıqdır.

Mövsüm

Aznews.az