Latviyanın baş naziri: NATO Ukraynaya qoşun yeritməyə hazır deyil

Şimali Atlantika Alyansı Ukraynaya qoşun göndərməyə hazır deyil, Fransa prezidenti Emmanuel Makronun bununla bağlı təklifi yaxşı hazırlanmamışdı.

Bu barədə Latviyanın baş naziri Evika Silina Berlində mətbuat konfransında bildirib.

O, Ukraynanın NATO ölkələrindən qoşun göndərməyi tələb etmədiyini vurğulayıb. Kiyevin istəmədiyi şeylər üzərində cəmləşməyə ehtiyac yoxdur, deyə Latviyanın baş naziri yekunlaşdırıb.

Mövsüm

Aznews.az