ABŞ Yəməndəki husi hədəflərinə hücum edib

Birləşmiş Ştatlar Yəməndə İranın dəstəklədiyi Husilərin nəzarətində olan ərazilərdə dörd uzaq mənzilli pilotsuz uçuş aparat sistemini məhv etdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, dünən 4 uzun mənzilli pilotsuz uçuş aparatı sistemi ABŞ-nin bir döyüş gəmisini hədəfə aldığı üçün "müdafiə hücumu" həyata keçirilib.

Açıqlamada Husilərin nəzarətində olan ərazilərdə pilotsuz uçuş aparatları sistemlərinin vurulduğu və bu hərəkətlərin naviqasiya azadlığını qorumaq üçün atıldığı bildirilib.

Mövsüm

Aznews.az