Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib.

Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb.

Yerli vaxtla saat 09.12-də baş verən zəlzələ ilə bağlı hələ ki, hər hansı dağıntı qeydə alınmayıb.

Mövsüm

Aznews.az