Çin Ukrayna məsələsi üzrə danışıqları irəli sürməyə davam edəcək

Çin sülhü təşviq etməyə və Ukrayna böhranının siyasi həlli üçün danışıqlar ideyasını irəli sürməyə davam edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

"Çin həmişə atəşkəs və hərbi əməliyyatların dayandırılması və mövcud böhranın siyasi həllinin təşviqində öz roluna sadiq olub. Çin sülhü təşviq etməyə və erkən siyasi nizamlanmaya kömək etmək üçün danışıqları irəli aparmağa davam edəcək",-deyə Lin Jian qeyd edib.

Mövsüm

Aznews.az