ABŞ Yəməndə husilərə məxsus 4 pilotsuz təyyarəni vurduğunu açıqlayıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media platformasında verdiyi açıqlamada ABŞ-nin dünən yerli vaxtla 06.00-22.56 arasında Yəməndə husilərə aid 4 İHA-ya qarşı "müdafiə hücumu" həyata keçirdiyi bildirilib.

"Bu hərəkətlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək üçün atılır", - deyə ABŞ gəmilərinə heç bir ziyan dəymədiyi bildirilib.

Mövsüm

Aznews.az