Şolz Yaxın Şərqdə gərginliyin artmasına qarşı xəbərdarlıq edib

Almaniya kansleri Olaf Şolz İsrailin İrana qarşı hücum təşkil etdiyinə dair iddialara görə Yaxın Şərqdə gərginliyin artmasına qarşı bir daha xəbərdarlıq edib.

Sosial Demokrat Partiyasının (SPD) Norderney adasında keçirilən tədbirində danışan Şolz, "Hər kəs münaqişənin indi və yaxın gələcəkdə daha da böyüməsini qarşısını almalıdır",-deyə qeyd edib.

Şolz cavab hücumları ilə bağlı iddiaları şərh etməkdən çəkindi və yalnız dünən gecə yenidən hərbi fəaliyyətin olduğunu bildirdi.

Qeyd edək ki, İranın İsfahan və Təbriz şəhərlərində eşidilən partlayış səslərindən sonra İran mediası səslərin hava hücumundan müdafiə sisteminin işə salınması və 3 mini pilotsuz uçan aparatın məhv edilməsi səbəbindən eşidildiyini yazıb.