Bu zəhərli maddə çərəzlərdə də var - DİQQƏT

Qaraciyər və böyrəklərdə xərçəngin yaranmasının bir səbəbi də aflotoksinlərdir.

Aznews.az xəbər verir ki, tibb elmləri doktoru Olqa Pomoyneskaya aflotoksin tərkibli əsas qidaların adını açıqlayıb.

“Xərçəngi toksik komponentlər yaradır. Kif göbələyində olan aflotoksin zəhərdir və qida ilə orqanizmə keçir.

Əsasən qaraciyər, böyrək, ağciyər xərçəngi yaradır. Eləcə də insanın immun sistemini zəiflədir və xroniki iltihaba yol açır.

Aflotoksinlər indi gündəlik qida məhsulları, un məmulatlarında belə ola bilər.

Daha çox kifli, göbələkli, müddəti bitmiş və ya saxlanma şəraiti pozulmuş qidalarda olur.

- Aşağı keyfiyyətli qəhvə və kakaoda

- Dondurulmuş qidalarda

- Pendirdə