İsrail HHQ Livanın cənubundakı Hizbullah postlarına 30 hava zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı əsas Hizbullah postlarına hücum edib.

"Əl Mayadeen" telekanalı bildirib ki, İslam müqavimət mövqelərinə ən azı 30 raket zərbəsi endirilib.

Hava hücumları Livan sərhədinə yaxın, Hizbullah bölmələrinin yerləşdiyi bir neçə yaşayış məntəqəsinin kənarında həyata keçirilib. Zərbələr həmçinin Cəbəl-Rihane yüksəkliyindəki dronların buraxılış məntəqələrini də hədəf alıb.

Mövsüm

Aznews.az