Fikonun partiyası sui-qəsddən sonrakı vəziyyətinin ağır olduğunu bildirib

Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fikonun həyatı üçün təhlükə yaranıb.

Bu barədə onun "Kurs - Sosial Demokratiya" partiyası "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu gün Robert Fikonun öldürülməsinə cəhd edilib. O, bir neçə dəfə yaralanıb və həyatı üçün təhlükəli vəziyyətdədir”, - deyə siyasi birliyin nümayəndəsi bildirib.

Partiya əlavə edib ki, baş nazir vertolyotla xəstəxanaya aparılıb. Onlar qeyd ediblər ki, yaxın bir neçə saat onun vəziyyəti üçün həlledici olacaq.

Mövsüm

Aznews.az