Litva Rusiya və Belarusla bəzi müqavilələrə xitam vermək qərarına gəlib

Litva Rusiya və Belarusla bəzi müqavilələrə xitam vermək qərarına gəlib.

Bu barədə Litva Milli Radio və Televiziyası (LRT) məlumat yayıb.

Onların çoxtərəfli sazişlərlə əvəz oluna bilənlərinin ləğv edilməsi nəzərdə tutulur. Hökumət mayın 22-də dörd müqavilənin denonsasiyası ilə bağlı qərar qəbul etməlidir. Qalan təkliflər hələ təsdiqlənmə mərhələsindədir.

Xüsusilə, Litva ilə Rusiya Federasiyası və Belarus hökumətləri arasında investisiyaların təşviqi və qorunması, habelə ticarət-iqtisadi əlaqələr haqqında sazişlərə xitam verilməsi təklif edilir.

Mövsüm

Aznews.az