Cənubi Koreyada fabrikdə baş verən yanğında 20 nəfər ölüb

Cənubi Koreyanın paytaxtı Seulun cənubunda litium akkumulyator zavodunda baş verən yanğında 20 nəfər həyatını itirib.

Yonhap-ın məlumatına görə, yanğınsöndürmə briqadası Seulun cənubundakı Hvason şəhərində “Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına müdaxilə edib.

İlkin məlumata görə, yanğın nəticəsində 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Səlahiyyətlilər, 2-si ağır yaralanan 4 nəfərin xəstəxanaya göndərildiyini, fabrikdə qapalı qalan digər işçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Yanğının başvermə səbəbləri araşdırılır.

Mövsüm

Aznews.az