- Dünyanın halı
- 17 İyul 2024 12:24
- 2 930
ABŞ: Biz Türkiyənin Suriya ilə normallaşmasına qarşıyıq

Suriyada 12 ildir davam edən vətəndaş müharibəsi nəticəsində on minlərlə insan həyatını itirib, bölgə terror təşkilatlarının, onların maliyyəçi və himayəçilərinin oyun meydanına çevrilib.
10 milyondan çox insan Türkiyə başda olmaqla region ölkələrinə və Avropaya sığınmaq məcburiyyətində qalıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə Suriya lideri Bəşər Əsədlə görüşə və münasibətləri normallaşdıra biləcəyini bəyan edib.
ABŞ Türkiyə-Suriya münasibətlərinin normallaşmasından narahatdır
Yanğın yerinə çevrilən bölgəyə bir qədər rahatlıq verəcək inkişaf ABŞ-ı narahat etdi.
ABŞ Dövlət Departamentinin rəsmisi "Rûdaw Washington" ofisinin meneceri Diyar Kürdanın elektron poçtla göndərdiyi sualları cavablandırıb.
Nazirlik sözçüsü, "Türkiyə ilə Suriya arasında normallaşma olacağına dair məlumatlar görürük. ABŞ bu normallaşma səylərini dəstəkləmir " ,- deyə qeyd edib.
"Bu problemin siyasi həlli istiqamətində ciddi irəliləyiş görməyincə, ABŞ Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacaq. Suriya rejimi ilə əlaqəsi olan bütün ölkələri bu əlaqələrdən suriyalıların humanitar vəziyyəti, insan haqları və təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq və BMT-nin 4456 saylı qətnaməsinin məqsədlərinə çatmaq üçün istifadə etməyə çağırıq",- deyə sözçü vurğulayıb.
Mövsüm
AzNews.az