Pentaqon Qırmızı dənizdə husilərin hücumlarını dayandıra bilmədiyini etiraf edib

Birləşmiş Ştatlar Qırmızı dənizdə husilərin gəmilərə hücumlarını dayandıra bilmir.

Bu barədə ABŞ Beşinci Donanmasının komandanı vitse-admiral Corc Vikoff Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında qeyd edib.

"Biz, şübhəsiz ki, onların imkanlarını aşağı salmışıq. Buna heç bir şübhə yoxdur. Biz onların qabiliyyətini aşağı salmışıq, lakin biz onları dayandırmışıqmı? Xeyr", o, misal olaraq ticarət gəmilərinə hücumları göstərərək etiraf edib. Onun sözlərinə görə, bu, "husilərin dənizdə terroru davam etdirmək ambisiyasını gücləndirib".

"Bizim missiyamız onların qabiliyyətini pozmaq və dəniz nizamının bəzi görünüşlərini qorumağa çalışmaqda qalır" deyib və Qırmızı dəniz və Ədən körfəzindəki qeyri-sabitliyin Husilərin hərəkətlərindən qaynaqlandığını bildirib.

Mövsüm

AzNews.az