İrəvani: İsrail ancaq güc dilini başa düşür, diplomatiya iflasa uğrayıb

İsrail yalnız güc dilini başa düşür.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

O, İranın ardıcıl olaraq Yaxın Şərq regionunda sülh və sabitliyin tərəfdarı olduğuna diqqət çəkib və dərhal atəşkəs və mülki əhalinin tələfatının qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edir.

“Bir ildən artıqdır ki, bu mövqeyimizi qoruyuruq. Lakin təcrübə göstərir ki, İsrail yalnız güc dilini başa düşür. Diplomatiya dəfələrlə uğursuzluğa düçar olub, çünki İsrail təmkinliliyə xoşməramlılıq jesti kimi deyil, istifadə oluna biləcək zəiflik kimi baxır”, - deyə İrəvani təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.

Mövsüm

AzNews.az