Pakistanda zəlzələ zamanı həbsxanadan 100-dən çox məhbus qaçıb

Pakistanda 100-dən çox məhbus zəlzələ zamanı təxliyə olunduqdan sonra həbsxanadan qaçıb .

“100-dən çox məhbus zəlzələdən sonra kameralardan müvəqqəti çıxarıldıqdan sonra Kəraçi şəhərində baş verən atışmada həbsxanadan qaçıb və ən azı bir məhbus öldürülüb”, - hesabatda deyilir.

Polisin məlumatına görə, Sind əyalətində ümumilikdə 216 məhbus qaçmağa cəhd edib, lakin 78 məhbus saxlanılıb. Bundan əlavə, atışma zamanı bir məhbus həlak olub, üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Mövsüm

Aznews.az