Hindistanda təyyarə qəzasında ölənlərin sayı 317 nəfərə çatıb

Hindistanın qərbində təyyarə qəzası nəticəsində ölənlərin sayı 310 nəfəri ötüb.

"The New Indian Express" bu barədə məlumat yayıb.

“Məlumata əsasən təxminən 317 nəfər həlak olub", - deyə nəşr qeyd edib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb. Təyyarənin göyərtəsində olanların demək olar ki, hamısı da dünyasını dəyişib.

Mövsüm

Aznews.az