- Fanat
- 10 Yanvar 23:18
- 2 992
Azərbaycanın karateçisi Tbilisidə beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycanın karate üzrə millisinin üzvü Mədinə Sadıqova beynəlxalq turnirdə ikinci yeri tutub.
Aznews.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) Tbilisidə idman karatesi üzrə təşkil etdiyi "Karate 1 seriya A " beynəlxalq turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı turnir ərzində rəqiblərini məğlub edərək, finala yüksəlib. M.Sadıqova həlledici görüşdə ikinci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1 200-ə yaxın karateçi iştirak edir. Azərbaycan mötəbər yarışda 21 idmançı ilə təmsil olunur.
