- Fanat
- 4 Yanvar 15:44
- 7 499
"Qarabağ"ın Özbəkistan klubu ilə oyunu: canlı yayım olacaqmı?
Qış təlim-məşq toplanışı çərçivəsində “Qarabağ” Türkiyədə Özbəkistanın “Neftçi” komandası ilə qarşılaşacaq.
Qurban Qurbanovun komandası yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə Bakı vaxtıyla 18:00-da üz-üzə gələcək.
Bəs oyun canlı yayımlanacaqmı?
Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlamasında bu sözləri deyib:
“Texniki imkanlara görə qərar verəcəyik. Qarşıdakı günlərdə tam aydınlıq gələcək”.
Qeyd edək ki, Ağdam təmsilçisinin hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da baş tutacaq. “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtıyla 19:00-da) yoxlama görüşləri keçirəcək. (Offsideplus.az)