- Dünyanın halı
- 20 İyun 21:28
- 1 219
Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədində

İsrailin İranın hərbi və nüvə hədəflərinə qarşı həyata keçirdiyi “Yüksələn Aslan” əməliyyatı bu gün səkkizinci gününə daxil olub...
İki ölkə arasında illərdir zaman-zaman həyata keçirilən gizli əməliyyatlar və məhdud raket hücumları son bir həftədə qaynar müharibəyə çevrilib.
ABŞ dünyanın ən böyük hərbi-nəqliyyat təyyarələrindən biri olan C-5M Super Galaxy-ni İran sərhədi yaxınlığında yerləşən Səudiyyə Ərəbistanına göndərib.
Təyyarənin İtaliyadakı Aviano aviabazasından havaya qalxaraq Səudiyyə Ərəbistanına çatdığı bildirilir.
Bu addım Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilir.
Mövsüm
AzNews.az