Rusiya və Venesuela sanksiyalara qarşı qrup yaradacaq

Rusiya və Venesuela yaxın vaxtlarda sanksiyalara qarşı mübarizə üzrə ikitərəfli işçi qrupun ilk iclasını keçirəcək.

Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2025) çərçivəsində respublikanın anti-sanksiya siyasəti nazirinin müavini Uilyam Kastillo məlumat verib.

"Biz keçən il ölkələrimizin xarici işlər nazirləri tərəfindən imzalanmış memorandumu həyata keçiririk və artıq qrupun həmsədrlərini təyin etmişik: Rusiya tərəfdən Maliyyə Nazirliyi, bizim tərəfdən isə mənim departamentim", - o RİA Novosti agentliyinə deyib .

O əlavə edib ki, Rusiya qrupları formalaşdırıb, Venesuela isə prosesi tamamlayır. Kastillo işçi qrupunun ilk iclasının yaxın aylarda baş tutacağını vurğulayıb.

Mövsüm

Aznews.az