- Dünyanın halı
- 17:00
- 913
Çində körpünün tikintisində ölənlərin sayı 12-yə çatıb

Çinin dövlət televiziyası CCTV avqustun 22-də Çində körpünün tikintisi zamanı kabelin qırılması nəticəsində ən azı 12 nəfərin öldüyünü bildirib .
Telekanalın məlumatına görə, Sarı çay üzərindəki Jianja körpüsündə tikinti kabeli qırılıb. Hazırda 12 nəfərin öldüyü, daha 4 nəfərin itkin düşdüyü bildirilir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Mövsüm,
AzNews.az