- Dünyanın halı
- 14:58
- 2 152
Suriyalı lider son 58 ildə ilk dəfə ABŞ-a səfər edib

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.
Bu barədə Syria TV telekanalı məlumat verib.
Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-a ilk rəsmi səfəridir.
Bildirilir ki, əl-Şaraaya dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq. (APA)
AzNews.az