Sudan Həkimlər Birliyi: Faşirdə minlərlə insan öldürüldü

Sudan Həkimlər Birliyi verdiyi açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (HDK) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən "amansız qırğın və humanitar çöküşü" ən sərt şəkildə qınadı .

Birlik bildirib ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tamhüquqlu hərbi cinayət” aktları təşkil edir.

Açıqlamada, "28 oktyabrda HDK etnik motivli qətliam həyata keçirərək silahsız mülki vətəndaşları hədəfə aldı. Sahə qruplarımızdan alınan məlumatlara görə, rabitənin kəsilməsi və təhlükəsizliyin təmin edilməməsi səbəbindən ölənlərin dəqiq sayı bilinməsə də, minlərlə olduğu təxmin edilir. "

Açıqlamada , "HDK-nın Faşirə girməsindən sonra ilk saatlarda 2000 dinc sakin öldürüldü. Günahsız insanlar diri-diri yandırıldı. 177 min adam hələ də şəhərdə qapalı vəziyyətdədir və böyük əksəriyyətinin qırğına məruz qaldığı təxmin edilir, maşınları ilə qaçmağa çalışanlar isə maşınlarında yandırılıb",-deyə bildirilib.

Mövsüm,

AzNews.az