- Müşahidə məntəqəsi
- 24 Oktyabr 22:30
- 1 505
“Manatın dollara qarşı mövqeyi sabit qalacaq” - Xalid Kərimli
"Bazarda dolların azalması ehtimalı yoxdur, artması ehtimalı isə hələlik azdır və risk minimaldır. Hazırda nəğd dollar bazarında satış alışdan çox olsa da, Azərbaycanda üzən məzənnə sistemi tətbiq olunmur; valyuta rejimi daha çox dollara fiksə edilmişdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, son aylarda Azərbaycanın valyuta bazarında diqqət çəkən bir tendensiya müşahidə olunur: əhali dollar almaqdan çox satmağa başlayıb. Bu isə insanların manata olan etimadının artdığını və dolların bazardakı mövqeyinin nisbətən zəiflədiyini göstərir.
İqtisadçı ekspert qeyd edib ki, dollar qalxdıqda manat da digər valyutalara nisbətən qalxır, dollar düşəndə isə manat digər valyutalara nisbətən azalır.
"Bunu belə izah etmək olar: “Təsəvvür edin, qabaqda bir gəmi gedir, manat isə dollara bağlı olduğuna görə onun hərəkətinə uyğun irəliləyir. Gəmi sürətlənəndə manat da sürətlənir. Eyni prinsip dollarda da tətbiq olunur — dollar çox satılsa belə, qiyməti aşağı düşməyəcək.” Dolların ən ucuz vaxtı indidir və bundan sonra qiymətin yalnız bahalaşma ehtimalı var. Lakin indiki məqamda dolların bahalaşma riski minimaldır. Manatın dollara qarşı vəziyyəti ilə bağlı gələcəkdə də proqnozlar pozitivdir: qarşıdakı ilin sonuna qədər heç bir gözlənti yoxdur ki, dollar bahalaşsın, uduzma ehtimalı isə praktik olaraq sıfırdır, çünki dövlət manatı dollara qarşı daha aşağı səviyyədə müəyyən etməyəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az