Pakistanda zavodda partlayış baş verib: ölənlər var

Pakistanın şərqindəki Pəncab əyalətində yerləşən Faisalabad şəhərində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində azı 13 nəfər həlak olub .

Samaa TV bu barədə məlumat yayıb.

“Faysalabadın Malikpur kimya zavodunun ərazisində qazanxanada baş verən faciəvi partlayış üçü uşaq və iki qadın olmaqla 13 nəfərin həyatına son qoyub”, - nəşr bildirib.

Güclü partlayış yanğına səbəb olub və bina qismən dağılıb. Ölənlər arasında üç uşaq və iki qadın var. Dağıntılar altında daha çox yaralı ola biləcəyi üçün xilasetmə işləri davam edir. Partlayış dalğası yaxınlıqdakı ən azı 10 yaşayış binasına ziyan vurub.

Mövsüm,

AzNews.az