- Dünyanın halı
- 13:50
- 716
Çin: “Ukrayna müharibəsində heç bir tərəfə ölümcül silah verməmişik”
Çin Ukrayna müharibəsində tərəflərə öldürücü silah tədarük etmədiyini açıqlayıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqində bildirib.
Onun sözlərinə görə, Pekin heç vaxt münaqişənin heç bir tərəfinə ölümcül silah verməyib və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir.
Mao Nin bu açıqlaması ilə Ukrayna tərəfinin iddialarına cavab verib.
Bildirək ki, Kiyev bu yaxınlarda Rusiyanın istifadə etdiyi və Çində istehsal olunan Type-63 çoxnöqtəli reaktiv yaylım atəşi sisteminin (ÇNRYAS) məhv edildiyini bildirmişdi.
Mövsüm,
AzNews.az