- Dünyanın halı
- 22:09
- 1 000
Rütte: NATO Ukraynadakı münaqişənin həllində iştirak edir, amma çıxış yolunu yalnız Tramp tapa bilər
NATO-nun Baş katibi Mark Rüttenin komandası Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində Ağ Ev və ABŞ Dövlət Departamenti ilə fəaliyyətini koordinasiya edir.
Aznews.az xəbər verir ki, Rütte bunu Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ danışıqlar prosesində əvəzolunmaz rol oynayır:
"Dəfələrlə dediyim kimi, dünyada Ukraynadakı çıxılmaz vəziyyəti həll edə biləcək yalnız bir nəfər var və bu, ABŞ Prezidenti Donald Trampdır. O bunu edir. Fevral ayında bu məsələ ilə məşğul olmağa başlayıb və bu günə qədər öz xüsusi nümayəndəsi Stiv Uitkoff, dövlət katibi Mark Rubionun və digər əsas amerikalı oyunçuların iştirakı ilə bunu davam etdirir. Şübhəsiz ki, ABŞ NATO-nun ən mühüm üzvü və dünyanın ən güclü dövlətidir".
Baş katibin sözlərinə görə, bu proses uzun olacaq. Əvvəlcə təkliflər hazırlanmalı, sonra isə onlar üzrə danışıqlar aparılmalıdır. "Mən planın konkret detalları barədə şərh verməyəcəyəm, çünki hər addımı şərh etməklə razılaşmanın əldə olunmasını çətinləşdirmək istəmirəm", – deyə Rütte bildirib.
M. Rütte bir daha vurğulayıb ki, sülh danışıqları davam etdiyi müddətdə Ukraynaya onun suverenliyini qorumaq üçün yardım göstərilməlidir.