- Dünyanın halı
- 8 Mart 19:17
- 4 236
Tonqa Krallığı sahillərində güclü zəlzələ baş verib
Tonqa Krallığının ən böyük adası - Niuatoputapunun cənub sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Hihifo şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı təxminən 116 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.