- Dünyanın halı
- 8 Mart 19:23
- 3 776
Nyu-Yorkda merin iqamətgahı qarşısında altı etirazçı saxlanılıb
Nyu-York polisi merin iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı altı nəfəri saxlayıb.
Aznews.az xəbər verir ki, bunu şəhərin polis rəisi Cessika Tiş yutub kanalında yayımlanan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şənbə günü merin evinin yaxınlığında iki etiraz aksiyası keçirilib, onlardan birində təxminən 20 nəfər, digərində isə 125-ə yaxın adam iştirak edib. İki qrup arasında toqquşma başlayıb və birinci aksiyanın iştirakçısı rəqib nümayişçilərə qarşı bibər qazından istifadə edib. Həmin şəxs saxlanılıb.
Daha sonra etirazçılardan biri digər qrupa tərəf yandırıcı qurğu atıb, lakin polis etirazçıların hərəkətlərinin qarşısını alıb.
"Ümumilikdə şənbə günü bu hadisələrlə əlaqədar altı nəfər saxlanılıb. O cümlədən, qurğuların tətbiqinə görə məsuliyyət daşıyan iki nəfər, etiraz zamanı bibər qazından istifadə edən şəxs saxlanılıb, həmçinin ictimai asayişin pozulması və nəqliyyatın hərəkətinə maneə yaradılması ilə bağlı daha bir neçə saxlanılma həyata keçirilib", - Tiş deyib.
O, hadisələrin İrandakı hərbi əməliyyatlarla əlaqəli olduğuna dair hələ heç bir dəlilin olmadığını bildirib.