"Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E” raket kompleksini satmaqdan imtina edib". "Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E” raket kompleksini satmaqdan imtina edib".

Rusiya Azərbaycana raket kompleksi satmaqdan niyə imtina etdi?

"Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E” raket kompleksini satmaqdan imtina edib".

"Bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb, 2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya mənbələrinin iddiasına görə, tərəflər arasında danışıqlar başlayıb və müqavilə imzalanmağa yaxın olub: "Ancaq son anda Rusiya Müdafiə Nazirliyinin təlimatı əsasında satışdan imtina edilib. Səbəb də bu göstərilib ki, "Bal-E” raket kompleksi Rusiyanın Xəzərdəki hərbi donanmasına təhlükə yarada bilər. Yəni demək istəyiblər ki, öz əlimizlə qonuşumuza silah verib niyə özümüzə təhlükə yaradaq ki? Halbuki raketi satmaq istədiyi qonşusuyla münasibətləri yaxşıdır, münasibətlərdə heç bir problem yoxdur. Bu səbəb gözə kül üfürmək üçündür. Çünki əgər raket kompleksini başqalarına satmaq fikrin yoxdursa, onu niyə sərgiyə çıxarırsan? Sərgi elə malını satmaq üçün nəzərdə tutulmuş məkandır. Demək, səbəb başqadır”.

E. Şahinoğlu deyib ki, Azərbaycana adı çəkilən raket kompleksinin satılmamasının əsl səbəbini Rusiyanın "Kommersant” qəzetinə Rusiya Müdafiə Nazirliyinin anonim mənbə çatdırıb: ""Həmin raketlərdən yalnız hərbi donanmalarda deyil, quru qoşun hissələrində də istifadə etmək mümkündür. Biz isə istəmirik ki, Azərbaycan bizim müasir raketlərimizdən Dağlıq Qarabağda Ermənistanın qüvvələrinə qarşı istifadə etsin”. Bax əsl səbəb elə budur”.

© AzNews.az