“Düşmən tərəfindən törədilən əxribatlar hərbi qarşıdurmaya səbəb ola bilər" “Düşmən tərəfindən törədilən əxribatlar hərbi qarşıdurmaya səbəb ola bilər"

'Ermənistan bunun bədəlini ağır ödəyəcək" Aqil Camal

“Düşmən tərəfindən törədilən əxribatlar hərbi qarşıdurmaya səbəb ola bilər"

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Düşmənin atəşkəsi pozmasının səbəbləri ilə bağlı “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, son günlər Ermənistan tərəfindən istər dövlət sərhədində, istərsə də Qarabağın içərisindən Azərbaycan mövqelərinin atəşə tutulmasını yalnız səfirlərin Şuşa səfəri, həmçinin ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin səfirlərinin Şuşaya getməməsi ilə əlaqələndirmək doğru olmazdı.

"Bu tendensiya Ermənistanda seçki kampaniyası dövründə də vardı. O zaman belə iddia olunurdu ki, Paşinyanın mövqelərinə zərbə vurmaq üçün atəşkəs pozulur. Ancaq görünən budur ki, Paşinyanın qələbəsindən sonra bu hallar daha da artıb. Ümumi müşahidədən deyə bilərik ki, Paşinyan seçkidəki qələbəsindən sonra istər “üçtərəfli razılaşma”ya, istərsə daxildəki rəqiblərinə münasibətdə aqressiv xətt götürüb. Bu ilk növbədə daxildən “xalq mandatı” almış adamın özünü bir qədər arxayın və güvəncli hiss etməsi anlamına gəlir. Eyni zamanda, Moskvaya gedərək Putinlə görüşməsi, qayıdandan dərhal sonra Arayik Arutunyanı İrəvana görüşə çağırması, hər ikisi tərəfindən statusla bağlı sərsəm iddialar və.s ”, - deyə A. Camal əlavə edib.

Baş redaktorun sözlərinə görə, Ermənistan Rusiyanın arxasında gizlənərək danışıqlardakı mövqeyini bir qədər gücləndirmək istəyir.

“Sözsüz, Ermənistan Azərbaycanla hətta lokal hərbi qarşıdurmaya hazır deyil və bunu istəmir. Sadəcə, qarşıdakı mərhələlərdə Rusiyanın arxasında gizlənərək danışıqlardakı mövqeyini bir qədər gücləndirmək üçün belə deyək ki, uşaq şıltaqlığı ilə məşğuldur. Amma göründüyü kimi, bunun bədəlini də ağır ödəyir. Naxçıvan istiqamətində bir hərbçisini itirdi. Azərbaycan bölgədə sülh və əməkdaşlıq mövqeyini az qala hər gün ən mötəbər səviyyədə təkrarlayır. Görünən odur ki, qarşı tərəf bu mesajlara konstruktiv cavab verə bilmir. Bu baxımdan düşmən tərəfindən törədilən hansısa təxribatın hərbi qarşıdurmaya səbəb ola biləcəyi istisna deyil. Dövlət və toplum olaraq buna hazır olmalıyıq”.

Şəbnəm Zahir

AzNews.az