Politoloq: "Rəsmi İrəvan da, erməni cəmiyyəti də yaxşı anlıyır ki, məğlub tərəf olaraq Azərbaycanın tələblərini icra etmək məcburiyyətindədirlər" Politoloq: "Rəsmi İrəvan da, erməni cəmiyyəti də yaxşı anlıyır ki, məğlub tərəf olaraq Azərbaycanın tələblərini icra etmək məcburiyyətindədirlər"

"Armen Qriqoryanın bəyanatı dövlətinin düşdüyü çətin vəziyyətin göstəricisidir"

Politoloq: "Rəsmi İrəvan da, erməni cəmiyyəti də yaxşı anlıyır ki, məğlub tərəf olaraq Azərbaycanın tələblərini icra etmək məcburiyyətindədirlər"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan delimitasiya və demarkasiya prosesinə hazırdır. O, Azərbaycanın reaksiyasını gözlədiklərini deyib.

Düşünürəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatı dövlətinin qeyri-kontrsuktiv mövqeyinin və düşdüyü çətin vəziyyətin göstəricisidir. Rəsmi İrəvan bir tərəfdən Ermənistanın sərhədlərin müəyyənləşməsinə qarşı çıxmadığını bəyan edir, digər yandan isə hərbi təxribatlarla prosesə qarşı getməyə çalışır. Ermənistanın əsas məqsədi vaxt qazanmaqdır. İlk başda KTMT-nin təsir imkanlarını ortaya atıb lazımi dəstəyi ala bilmədilər. Çünki Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərini nəzərə alıb onun istəyini reallaşdırmayacaqdı. Kremlin belə mövqe sərgiləməsinə digər səbəb isə Paşinyanın ikili oyun oynamasıdır. Paşinyanın beynəlxalq formatlara müraciəti də cavabsız qaldı. Məqsəd ABŞ və Fransadan olan hərbçilərin sərhədə gətirilməsi idi. Lakin Nikol bunun mümkün olmadığını da yaxşı anladı. Çünki Rusiya buna imkan verməz, Türkiyə isə Fransaya münasibətdə eyni mövqeyi sərgiləyər. Ona görə də, Qriqoryanın çıxışı ölkəsinin dalana düşdüyünü nümayiş etdirir.

Bu bəyanatı hakimiyyətin daxili auditoriyanı sakitləşdirmək və erməni cəmiyyətini prosesə hazırlamaq cəhdlərinin elementi kimi də qiymətləndirmək olar. Rəsmi İrəvan da, erməni cəmiyyəti də yaxşı anlıyır ki, məğlub tərəf olaraq Azərbaycanın tələblərini icra etmək məcburiyyətindədirlər. Əks halda məcburetmə əməliyyatı ilə qarşı qarşıya qala bilərlər. O baxımdan bu bəyanatı həm də Paşinyan ikinci “Dəmir yumruq”u başı üzərində görmək istəməməsi ilə əlaqələndirmək olar. Azərbaycan tərəfi beynəlxalq hüququn prinsiplərinə və qəbul edilmiş xəritələr əsasında delimitasiya prosesinin aparılmasına öncədən hazırdı və bunda israrlıdır. Münaqişənin başlandığı ilk gündən Azərbaycan prezidentinin bütün beynəlxalq tribunalarda tək ritorikası ondan ibarət olub ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Azərbaycan tərəfi proseslə bağlı ilk gündən öz mövqeyini ortaya qoyub. Sərhədlərin beynəlxalq hüququn prinsiplərinə uyğun icrasını tələb edir. Bu prinsiplər Qərbin də, Rusiyanın da qəbul etdiyi prinsiplərdir. Cənab president Rusiyanın və Qərb dövlətlərinin də etirazı olmadığı xəritə əsasında icrasının mümkünlüyünü bildirib. Ermənistanın mövqeyinə gəldikdə isə, hər zaman ən yaxşı halda ikili mövqe göstərən bir dövlətin rəsmilərinin bəyanata hansı çərçivədə və hansı zamanadək qüvvədə olduğunu demək çətindir. Qarşı tərəfin mövqeyinin nə olmasından aslı olmayaraq bu proses birmənalı şəkildə Azərbaycanın tələbləri əsasında icrasını tapacaq.

Züriyə Qarayeva, politoloq