"Onların zövqümüzü korlayanların yanında dayanmaq niyyətindən isə təəssüflənirəm". "Onların zövqümüzü korlayanların yanında dayanmaq niyyətindən isə təəssüflənirəm".

Elçin Mirzəbəylidən dilçilərə dəstək

"Onların zövqümüzü korlayanların yanında dayanmaq niyyətindən isə təəssüflənirəm".

“Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin "Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi" ilə bağlı məruzəsini dəstəkləyir və alqışlayıram”.

AzNews.az xəbər verir ki, bunu BAXCP sədrinin müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O, bu məsələdə bəzi həmkarları ilə razılaşmadığını dilə gətirib: “Bəzi həmkarlarımızın bu məsələdə dilin təmizliyini qoruyanların deyil, dilimizi, mənəviyyatımızı, zövqümüzü korlayanların yanında dayanmaq niyyətindən isə təəssüflənirəm. Dil məsələsində tərəfsiz görünməyə çalışmağın özü belə dilimizi bəlkə də məqsədyönlü şəkildə gözdən salmaq istəyənlərin, onu “aşağı təbəqənin dili” kimi təqdim etməyə çalışanların tərəfində olmaq deməkdir”.

Ədil Ədilzadə
AzNews.az