Əbu-Dabidəki Azərbaycan pavilyonu erməniləri bərk qıcıqlandırdı

Birləşmiş Ərəb Əmirliyinin Paytaxtı Əbu-Dabidə əmir Zeyd İbn Sultana həsr olunmuş festivalda iştirak edən azərbaycanlılar erməniləri qıcıqlandırmağı bacarıblar.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Biz dağıq” abidəsi şəklində qurulmuş pavilyonu Ermənistan tərəfi bərk əsəbləşdirib. Müxtəlif erməni xəbər agentlikləri və saytları bu barədə məlumatlar dərc edərək, abidənin özlərinə aid olması barədə hay-küy yaradılblar.

Qeyd edək ki, “Biz dağıq” abidəsi 1967-ci ildə, indi Ermənistanın işğalı altında olan, o zamanlar Stepanakert adlandırılan Xankəndi ərazisində qurulub. Baxmayaraq ki, abidənin müəllifi Sarqis Baqdasaryandır, lakin abidə Azərbaycan tərəfinin razılığı və təşəbbüsü ilə ucaldılıb.