Deputatlar Prezidentin şəhid ailələri ilə bağlı fərmanını yüksək qiymətləndirib. Deputatlar Prezidentin şəhid ailələri ilə bağlı fərmanını yüksək qiymətləndirib.

Deputatlar şəhid ailələri ilə bağlı fərmanı yüksək qiymətləndirdilər

Deputatlar Prezidentin şəhid ailələri ilə bağlı fərmanını yüksək qiymətləndirib.

Azərbaycan Milli Məclisinin deputatları Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə fərmanını müsbət qiymətləndiriblər.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva“Report”a açıqlamasında deyib ki, bu, böyük bir hadisədir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva

Onun sözlərinə görə, bu fərman şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Şəhidlər bizim baş tacımızdır, onlar vətən uğrunda canlarını fəda ediblər, şəhid ailələri hər zaman diqqə və qayğı ilə əhatə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın növbəti qayğıkeş addımı hər bir vətəndaş tərəfindən müsbət qarşılanır. Yanvarın 28-də şəhid ailələri ilə görüşdə görüşdə çox mühüm fikirlərsəsləndirildi. Bu, ilk addım deyil, davamlı olaraq belə addımlar atılır. Təbii ki, bu addım uğurlu dövlət siyasətinin davamıdır. Ona görə də Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevin yanındadır, onu dəstəkləyir”.

Milli Məclisin deputatı Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov da fərmanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Prezident İlham Əliyevin siyasətinin başlıca məqsədi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır, onların maraqlarının qorunmasıdır. Dövlət başçısı sosial təbəqəyə, xüsusilə də şəhid ailələrinə diqqətlə yanaşır. Vətən uğrunda canlarını fəda edən insanların vərəslərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərmanı müsbət qiymətləndirilməlidir. Bu, həmin ailələrə dəstəyin nümunəsidir”.

A.Hüseynov qeyd edib ki, bəzi qüvvələr şəhid ailələrinin narazılığından sui-istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışblar: “Prezident İlham Əliyev fərman imzalandıqdan sonra dəfələrlə demişdi ki, bu məsələ ədalətlə həll ediləcək. Siyahının yenidən işlənməsi üçün vaxt lazım idi. Bundan da bəzi qüvvələr sui-istifadə edirdi, onlar səhv yolda idilər. Bu məsələ Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Ona görə də hər bir Azərbaycan vətəndaşının inandığı, güvəndiyi Prezident İlham Əliyevdir”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, sənədə düzəliş edilməklə fərmanın əhatə dairəsi genişləndirilib: “Zaman-zaman Milli Məclisin iclaslarında mən və deputat yoldaşlarım bu məsələni qaldırıb. Prezident İlham Əliyevə təşəkkür edirik ki, belə bir fərman imzalayıb. Vətəndaşlar bizi ittiham edirdi, deyirdilər, bizi yaxşı müdafiə etmirsiniz.Belə demək mümkündürsə, bu fərman həm də bizim üzümüzü ağartdı. Mən şəhid dayısıyam, başqa şəhid qohumlarım da var, bu fərmanı yüksək qiymətləndirirəm. Bu fərmanla dövlətimiz əleyhinə çıxan qüvvələrin də arqumenti əlindən alındı”.

Xatırladaq ki, Prezidentin imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

© AzNews.az