REPLİKA REPLİKA

Aslan İsmayılov bəyənmədiyi Vəkillər Kollegiyasından mədət umur

REPLİKA

Dünənə qədər Vəkillər Kollegiyasını aşağılayan, "mənə vəkil lazım deyil, Vəkillər Kollegiyası mənə qarşı tədbir görmək iqtidarında deyil" kimi fikirlər səsləndirən Aslan İsmayılov indi bu qurumdan mədət umur. Deyir: "Özümü müdafiə etməyi bacarmıram, dövlət mənə vəkil ayırsın".

Soruşan lazlm, yaxşı, ay Allahverdi İsmayılov, bəs məhkəməyə 100 minlik maşınla necə gəlirsən, 200 minlik villada necə yaşayırsan, şəhərin ən bahalı ərazisində bağları necə salırsan?

"Hüquşünasam" deyəndə "çullu dovşan da ağzına sığışmır". Necə hüquqşünassan ki, özün özünü müdafiə edə bilmirsən?

Tanınmış iş adamı Mürvət Həsənli də haqlı olaraq adamı "xalis spekulyasiya ustası" adlandırıb. M.Həsənlinin A.İsmayılovla uzun müddətdir məhkəmədə gedən çəkişmələri məlumunuzdur. İş adamının sosial şəbəkədə yazdığı statusdan bəlli olur ki, bu gün məhkəmə prosesində İsmayılov yenidən özünü gülüş hədəfinə çevirib.

M.Həsənli Aslan İsmayılovu istiqamət verərək deyir: "FB-də status yazır ki, qələbə qazanmışam - dövlət mənə vəkil ayırır. Adam xalis spekulyasiya ustasıdır. Hakimə deyir ki, yaşım 62-dir, daha belə çoxtərəfli prosesdə özümü müdafiə eləməyə gücüm çatmır, dövlət mənə vəkil ayırsın. Bunu istəmək üçün Aslan statusda olan adamda üz lazımdır".

Bəli, nəinki lazım olan o üz, Aslanda elə qat-qat sifətlər, rənglər var ki, buqələmunu belə mat qoyar!

AzNews.az