"Azərbaycan və ABŞ-ın əlaqələri bütün sahələrdə inkişaf etdirmək üçün imkanı var" "Azərbaycan və ABŞ-ın əlaqələri bütün sahələrdə inkişaf etdirmək üçün imkanı var"

ABŞ səfiri: “Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün...”

"Azərbaycan və ABŞ-ın əlaqələri bütün sahələrdə inkişaf etdirmək üçün imkanı var"

"Hesab edirəm ki, Vaşinqton Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün güclü siyasi iradəyə malikdir. Nazirlərlə, eləcə də Prezident İlham Əliyevlə bütün görüşlərim Azərbaycanın da bu münasibətlərin inkişafına meyilli olduğunu göstərir".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ-ın əlaqələri bütün sahələrdə inkişaf etdirmək, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün imkanı var.

Səfir ABŞ-ın Azərbaycandakı səfirliyinin rəhbəri kimi fəaliyyətinin prioritetlərini də açıqlayıb: "Səfir olaraq, prioritetim təhlükəsizlik sahəsində sıx əməkdaşlığımızı davam etdirmək, energetika sektorundan əlavə, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirmək, Azərbaycana kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə iqtisadiyyatını diversifikasiya etməyə yardım etməkdir".(report.az)

AzNews.az