"Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram" "Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram"

Nazarbayev Polad Bülbüloğluna məktub ünvanladı

"Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram"

Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib .

Məktubda deyilir:

“Hörmətli Polad Bülbüloğlu,

Ünvanıma göndərdiyiniz isti məktub və xoş arzulara görə Sizə təşəkkür edirəm.

Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizin zəngin həyat və peşəkar təcrübəniz bundan sonra da bizim qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, əmin-amanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası
Nursultan Nazarbayev”. (apa.az)

AzNews.az