Qonaqlar Çin Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində olub Qonaqlar Çin Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində olub

Ramiz Göyüşöv YAP-ın nümayəndə heyətinin Çinə səfərindən danışdı

Qonaqlar Çin Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində olub

Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində bu gün Çin Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində olub.

Bu informasiyanı AzNews.az-a açıqlamasında nümayəndə heyətinin tərkibində olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov dedi.

Onun sözlərinə görə, Ali Partiya məktəbinin rəhbəri xanım Dong Qinq və digər çıxış edənlər məktəbin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib:

“Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli çıxış edərək ölkəmiz, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının fəaliyyəti barədə söz açıb".

Ramiz Göyüşov bildirdi ki, tərəflər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

AzNews.az

image description image description image description image description image description image description