Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir - FOTOLAR

Qənirə Paşayeva gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb

Rəşid Behbudov adına Mahnı Teatrında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib

AzNews.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni daşnak və bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirildi.

Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalda möhtəşəm atmosfer hökm sürürdü. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq etdiyi gecədə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. Daha sonra ATXƏM-in sədri İlham İsmayılov möhtəşəm türk gecəsini giriş sözü ilə açdı. Bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin tariximzdə yeri və rou barədə geniş danışdı və bu cür tədbirləri keçirməkdə məqsədimiz gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirməkdir dedi.

Tədbirin təşkilatçılarından Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirdi ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib: “Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb.Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir.” Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində daha da yüskək səviyyəyə çatmaqdadır dedi. Millət vəkili Q.Paşayeva gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.

Millət vəkili Qənirə Paşayeva tədbirə qatılan türkiyəli qonaqları, tanınmış simaları iştirakçılara təqdim etdi.

Daha sonra Türkiyədən gəlmiş qonaqlar çıxış etdi. "Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık və Türkiyə və Şimali Kiprdən gəlmiş qazilər Türkiyə-Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının bir-birinin yanında olduqlarından, ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs etdilər. Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərdiyi fəallıq və türk dünyası istiqamətində gördüyü işlərdən görə dolayı millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi təşklat tərəfindən mükafatlandırıldığını bildirdi və həmin mükafatı millət vəkili Q.Paşayevaya təqdim etdi.

Həmçinin tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Xalq şairi Nəriman Həsənzadəvə başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs etdilər.

Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən möhtəşəm ifaları ilə hər kəsin ürəyini fəth etdi. Müğənni Şahin İsmayılovun ifası da alqışlarla qarşılandı. Sonda tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edildi.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description